Yevlaxda “Jiquli” camışa çırpıldı – Heyvan öldü, sərnşinlər yaralandılar

08:40 04-11-2019 320

Yevlax rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.az- ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Yevlaxın Tanrıqullar kəndi ərazisində qeydə alınıb.

“VAZ-2106” markalı avtomobil qəfil qarşısına çıxan camışı vurub. Yolda hərəkətdə olan digər minik maşını da heyvana çırpılıb.

Qəza zamanı “VAZ-2106”da olan 2 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Mingəçevir xəstəxanasına yerləşdirilib. Qəza zamanı ağır xəsarət alan iri buynuzlu heyvan yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.