Azərbaycanda aparıcı müğənninin boyunbağını çıxarıb gəlinə hədiyyə etdi - VİDEO

10:20 04-11-2019 1247

ATV-də yayımlanan “Bizimləsən” sosial tok-şouda verilişin aparıcısı Zaur Baxşəliyev atdığı addımla izləyiciləri təəcübləndirib.

HerGun.Az xəbər verir ki, proqramda kimsəsiz cütlüklərə toy edən verilişin layihə rəhbəri Zaur gəlinə gözlənilmədən sürpriz edib.

Belə ki, verilişdə qonaq olan ifaçı Zeynəb cütlüyə hədiyyə vermək istəyib.

Zaurun “Hədiyyə gətirdinmi gəlinə?” sualına müğənni “Hədiyyə avtomobilimdədir” cavabını verib. Baxşəliyev isə Zeynəbin bu cavabına “Bəlkə, boynuna taxdığın zinət əşyasının birini verəsən?” təklifi ilə çıxış edib.

İfaçı isə boynundan qızıl boyunbağını çıxararaq Zaura təqdim edib. Proqramın aparıcısı “Sonra gəlib almayacaqsan ki?” deyərək Zeynəbə söz atıb. O isə “Halal xoşu olsun” deyib.

“Görürsən, qızıl boyunbağı daha çox gəlinimizə yaraşdı, nəinki sənə” deyə Z.Baxşəliyev hədiyyə söhbətini zarafatla yekunlaşdırıb.

Rəşad Əliyev