Dövlət qurumlarının avtomobilləri ucuz qiymətə satışa çıxarılır

11:00 04-11-2019 711

Bu ilin dekabrın 3-də dövlət qurumlarının balansında olan avtomobillər hərraca çıxarılacaq.

HerGun.Az-ın məlumatına görə, nəqliyyat vasitələri Milli Məclisin İşlər İdarəsi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Səhiyyə Nazirliyi və digər dövlət qurumlarına məxsusdur.

Qeyd edək ki, hərrac Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir.

Sifarişlər Əmlak Məsələləri Dövlət Komitəsi Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi 20) və yaxud  e-emdk.gov.az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec üç bank günü qalanadək qəbul olunacaq.

Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək sənədlər təqdim olunmalıdır.

Aqşin Kərimov