Yevlaxda keçmiş məhkum qohumunu öldürdü

16:09 01-07-2019 721

Yevlax şəhər sakini Nicat Hüseynovun qətlində şübhəli bilinən qohumu Murad Hüseynov saxlanılıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kəndində şəhər sakini, əvvəllər məhkum olunmuş N.Hüseynov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.

Rayon Polis şöbəsinə daxil olan məlumata görə, yaralı xəstəxanada dünyasını dəyişib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törədən kənd sakini Murad Hüseynov saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.