Marşal Haftar geri addım atdı - Altı türk buraxıldı

16:27 01-07-2019 709

Liviyada general Xəlifə Haftara tabe olan hərbi qüvvələr tərəfindən saxlanılmış altı Türkiyə vətəndaşı sərbəst buraxılıb.

NTV xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Sərbəst buraxılan dənizçilər öz istəkləri ilə ölkədə işləməyə davam edəcəklər. Onlar liviyalı şirkət sahibi ilə birlikdə gəmiyə gediblər.

Xatırladaq ki, Liviya Milli Ordusunun başçısı marşal X.Haftara loyal olan qüvvələr dənizçiləri ötən gün saxlamışdı.

Türkiyə XİN vətəndaşlarının sərbəst buraxılmayacağı təqdirdə, Haftara bağlı qüvvələrin “hədəf”ə çevriləcəyinə dair sərt bəyanat yaymışdı.