Azərbaycana qarşı son varianta əl atan radikal müxalifət

18:20 04-11-2019 418

Azərbaycanda özlərini xalqın keşikçisi, qanun tərəfdarı adlandıran bəzi radikal müxalifət nümayəndələri ölkəmiz əleyhinə hərəkət keçib.

Onlar xarici havadarlarına səslənir, bununla da hesab edirlər ki, özlərinin ambisiyalarını həyata keçirəcəklər.

Onlar bu gün Azərbaycana qarşı fəaliyyət kimi son varianta əl atırlar.

Onlardan bəziləri Azərbaycana qarşı sanksiya tətbiq olunması tələbi ilə çıxış edirlər. Ən gülməlisi isə budur ki, bu məqsədlərinə çatmaq üçün xalqa arxalandıqlarını bildirirlər. Bu, paradoksdur.

Radikal müxalifət özünü bu paradoksların içərisində boğur. Sanksiyalar hər bir dövlətə və onun xalqına qarşıdır. Xalqı, dövləti sevən müxalifət məgər bunu anlamır?! Əlbəttə ki, anlayırlar. Amma onlar əsl niyyətlərini müxtəlif bəhanələrlə pərdələyirlər. 

Lakin ziddiyyətli və qaragüruh simaları onların özlərini ifşa edir. Ancaq necə deyərlər, xalqın gözü tərəzidir. Azərbaycan xalqı hər şeyi ölçüb-biçir, bu cür adamlara yer verməkdən belə qaçırlar. 

Azərbaycan xalqı tükü tükdən seçməyi artıq çoxdan öyrənib.