İrəvanda Rusiya hərbi bazasının anqarı yanıb – VİDEO

20:40 04-11-2019 543

İrəvandakı Erebuni aerodromunda Rusiya Hərbi Dairəsinin hərbi bazasının anqarının damı yanıb.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Hadisə yerinə 10 yanğınsöndürmə briqadası və milli böhran idarəetmə mərkəzinin işçi qrupu göndərilib.

Qeyd edək ki, Ermənistan və Rusiyanın birgə hava bazası olan Erebuni  1995-ci ildən etibarən Ermənistanın paytaxtı  İrəvan şəhəri yaxınlığında yerləşir.