Maykl Cekson “geri dönüb”: Turneyə hazırlaşır

00:40 05-11-2019 393

Maykl Ceksonun pərəstişkarları bir daha pop kralın sağ olduğuna inanıblar: onun ispan klonu hamını konsertə dəvət edib.

“Daily Star”ın məqaləsində qeyd olunub ki, Barselonadan olan Serxio Kortesdən dünya turnesinə çıxmağı xahiş ediblər.

Belə ki, müğənni 2009-cu ildə dünyasını dəyişən Maykl Ceksona bənzəyir: görünüşü, üz ifadələri və hətta danışıq tərzi pərəstişkarlarının onun ifaçının özü olduğuna inandırıb.

Qeyd edək ki, o, pop kralın imicini 30 il əvvəl kopyalamağa başlayıb:

“Bütün Maykl Cekson azarkeşlərinə salam! Gəlin və dekabrın 23-də Hollywood Pattayda çıxışımı izləyin. Mən sizi sevirəm və orada gözləyirəm. Tezliklə görüşənədək!”