“Şamaxinka”da yolu keçmək istəyən kişini maşın vurub xəstəxanalıq etdi

01:20 05-11-2019 413

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, hadisə “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.  

Minik avtomobili yolu keçmək istəyən 1963-cü il təvəllüdlü Qardiyev Səttar Təzəxan oğlunu vurub. 

Hadisəni törədən sürücü ərazidən yayınıb.  

Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.  

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu