Türkiyə əl-Bağdadinin 65 yaşlı bacısını həbs etdi

07:40 05-11-2019 973

Türkiyə məhv edilmiş İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin böyük bacısını həbs edib.

Associated Press” xəbər verir ki, 65 yaşlı Rəsmiyə Avad Suriyanın şimal-qərbində Azaz şəhəri yaxınlığında saxlanılıb. O ekstremist qruplaşmasının üzvü olmaqda günahlandırılır.

Saxlanılan zaman qadınla birlikdə onun əri, 5 uşağı və gəlini də olub. Həbs olunanlar dindirilib.

Əbu Bəkr əl-Bağdadinin bacısının həbs edilməsi Türkiyədə böyük uğur hesab olunur. Ehtimal edilir ki, qadının qaçıb gizlənən terrorçular haqqında məlumatı var.