Aqressiv xərçəngin səbəbi açıqlandı

14:20 05-11-2019 517

Nyu-York Universitetinin (ABŞ) alimləri aqressiv dəri xərçənginin yaranma səbəbinin yeni mexanizmini təyin edib. Belə ki, şişlər saç rəngini təyin edən saç follikullarında yerləşən kök hüceyrələrdən böyüməyə başlaya bilər.

Bu barədə “MedicalXpress”in press-relizində bildirilib.

Tədqiqatçılar onkogen piqment hüceyrələrinin melanomanın inkişaf etməyə başladığı yerlərdə follikullardan dərinin xarici təbəqəsinə ötürüldüyünü müəyyən ediblər.

Zərərli hüceyrələr epidermisdə çoxalmağa başlayır, bundan sonra dərinin daha dərin qatlarına nüfuz edir. Bu hüceyrələr follikulyar mənşəli markerləri itirir və digər dəri toxumalarının hüceyrələrinin xüsusiyyətlərini qazanır.