Kürdəmirdə dəhşətli qəzada üç nəfər xəsarət aldı - FOTO

02:00 06-11-2019 348

Kürdəmirdə “Kamaz” “VAZ-2106” ilə toqquşub. 

HerGun.Az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Karrar kəndində qeydə alınıb. 

Belə ki, Kürdəmir rayon sakini Abbasov İsa Köçəri oğlu idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Ağsu rayon sakini Rüstəmov Famil Əjdər oğlunun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinə çırpılıb. 

Hadisə zamanı “Kamaz” və “VAZ-2106”nın sürücüləri və minik avtomobilində olan sərnişin Məmmədova Zenfira Köçəri qız xəsarət alıblar. 

Faktla bağlı araşdırma aparılır.