Suriya hökuməti illər ötdükdən sonra neft yatağını nəzarətə aldı

03:40 06-11-2019 411

Suriya ordusu son bir neçə il ərzində ilk dəfə respublikanın şimal-şərqində yerləşən neft yatağını tutub.

“Sham FM” radiostansiyası xəbər verir ki, Rumeylan şəhərinin yaxınlığında yerləşən neft yatağından gedir.

Əvvəllər bu sahəyə hansı qüvvələrin nəzarət etməsi barədə açıqlama verilməyib.

Oktyabrın 24-də ABŞ rəhbərliyi Suriyadakı neft yataqlarını qoruyacağını və onları ələ keçirməyə cəhd edən qüvvələrə güclə cavab verəcəklərini bildirmişdi.

Buna cavab olaraq Suriya hökuməti ölkənin şimal-şərqindəki neft yataqlarını öz nəzarəti altına alınmasının vacibliyini vurğulayıb.