Kombi sistemi Bakıdakı mənzildə yanğın törətdi - FOTO

05:20 06-11-2019 439

Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, K.Rəhimov küçəsində yerləşən hündürmətəbəli binanın 10-cu mərtəbəsində kombi sistemində yaranan nasazlıq yanğına səbəb olub.

Belə ki, mənzilin eyvanında olan kombidə qısaqapanma baş verib. Nəticədə naqillər əriyərək yerdə olan yanar konstruksiyalı əşyaların üzərinə düşüb.

Hadisə zamanı mənzildə heç kəs olmadığından xəsarət alan olmayıb.

Əraziyə FHN-nin Nərimanov rayonu üzrə Yanğından Xilasetmə Xidmətinin briqadaları cəlb edilib. Bina sakinləri təxliyyə edilib. Alovlar qısa zamanda söndürülüb.

Hadisənin təfərrüatları araşdırılır.

Kamil Əmirli, Elşad Mətləboğlu