Bakıda 26 yaşlı gənc bıçaqlanıb

02:00 07-11-2019 543

Nəsimi rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib. Hadisə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında baş verib.

Belə ki, kafelərin birində 26 yaşlı Babayev Rəvan Adil oğlu tanımadığı şəxslər tərəfindən döyülüb. Onlar daha sonra R.Babayevə bıçaqla xəsarət yetiriblər.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu