AFFA üç klubun apellyasiya müraciətinə dair qərar çıxardı

11:20 07-11-2019 16

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

HerGun.Az xəbər verir ki, qurum üç məsələyə dair qərar çıxarıb.

“Binə” FK-nın iddiası qismən təmin edilib. AFFA İntizam Komitəsinin 1 oktyabr tarixli qərarı ilə “Binə” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilməsi qərarı dəyişdirilərək İntizam Məcəlləsinin 48.3-cü maddəsi tətbiq olunmaqla hər iki komandaya 0:3 hesabı ilə texniki məğlubiyyət verilib.

AFFA İntizam Komitəsinin 22 oktyabr tarixli qərarı ilə 19 oktyabrda keçirilmiş Bakcell U-17 Liqasının “Xəzər Lənkəran” – “Kəpəz” matçı ilə bağlı qərarına yenidən baxılacaq. Bunun üçün iddiaçının təqdim etdiyi videogörüntülərlə birlikdə AFFA İntizam Komitəsinə qaytarılıb.

“Standard” klubunun iddiası təmin edilməyib. AFFA İntizam Komitəsinin 15 oktyabr tarixli qərarı ilə 11 oktyabrda keçirilmiş futzal üzrə I liqanın “Standard” – ADBTİA matçının 11-ci dəqiqəsində “Standard” klubunun oyunçusu Anar Həsənovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə dörd oyun cəzalandırılıb. Həmin qərar qüvvədə saxlanılıb.

Səbuhi Musayev