Rusiyalı ulduz atasının ölüm xəbərini səhnədə aldı - VİDEO

22:09 01-07-2019 1095

Rusiyanın xalq artisti və pop ulduzu Nikolay Baskova ağır itki üz verib.

HerGun.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, Nikolayın atası Viktor Baskov dünyasını dəyişib.

Sənətçi atasının ölüm xəbərini Minskdə keçirilən II Avropa Oyunlarının bağlanış mərasimində səhnəyə çıxmazdan öncə alıb.

Xəbərdən sarsılan Nikolay səhnədəki çıxışını təxirə salmayıb. O, ağ kostyumunu dəyişərək qara ilə əvəzləyib.

Canlı efirdə həmkarı Oksana Volkova ilə “Time to Say Goodbye” mahnısını səsləndirən Baskovun kədəri arenaya toplaşan tamaşaçıların gözündən yayınmayıb.

Qeyd edək ki, musiqiçinin atası keçmiş hərbçi, polkovnik olub. 67 yaşlı Viktor Baskov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Rəşad Əliyev