Millət vəkilindən təsirli paylaşım - FOTO

14:00 09-11-2019 375

Milli Məclisin deputatı Aydın Mirzəzadə “Facebook” səhifəsində təsirli paylaşım edib.

Millət vəkili paylaşımında qeyd edib ki, Azərbaycan radiosunda Dövlət Bayrağı Günü münasibətilə verilişə dəvət edilib. Verilişə təsirli şəkil və mətn göndərilib.

Mətndə isə bu sözlər yazılıb:

“Bu ağlayan mənim şagirdimdir. Şəhid Rəşad Atakişiyevin qardaşı oğludur. Dünən dərsdə vətən, şəhidlər mövzusunda söhbətimiz əsnasında gördüm, ağlayır. Dedi, əmim yadıma düşdü, müəllim. Xətai rayonu, 191 nömrəli məktəb”.

Xatırladaq ki, iyulun 24-də saat 22 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nin “MiQ-29” təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. İlkin ehtimala görə, aviasiya qəzası nəticəsində hərbi təyyarə Xəzər dənizinə düşüb.

Qəza nəticəsində “MiQ-29” təyyarəsinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. Avqustun 19-da hərbi təyyarənin “qara qutu”su, dünən isə pilotun meyiti dənizdən tapılaraq çıxarılıb.

R.Atakişiyev avqustun 21-1 II Fəxri xiyabanda torpağa tapşırılıb.