Tehran ABŞ-a güzəştə getməyəcək - RƏSMİ

06:40 10-11-2019 453

İrana təzyiqlər onu ABŞ-a güzəştə getməyə məcbur etməyəcək.

RİA “Novosti” xəbər verir ki, bu barədə İranın xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

“Bu, iqtisadi müharibədir. Bu, mənim sözlərim deyil. Bunu Tramp İrana qarşı iqtisadi müharibəyə başladığını deyərkən bildirib. Belə bir şəraitdə, iqtisadi müharibə şəraitində biz danışıqlar aparmırıq, təzyiqlərə tab gətirəcəyik, əvvəlcə hər iki tərəf üçün atəş dayandırılmalıdır ki,  ilkin mövqelərə qayıda bilək. İran buna hazırdır”, - Araqçı Moskvada keçirilən yaymamaq üzrə konfransda çıxışı zamanı bildirib.