İran, Liviya və Venesuela yenə də “OPEC+” razılaşmasından kənarda qaldı

05:54 02-07-2019 1124

İran “OPEC+” sazişi çərçivəsində neft hasilatı ixtisarının uzadılması üzrə OPEC-in razılaşmasını istisna edib.
 
“RİA Novosti” xəbər verir ki, İranın neft naziri Bijan Zanqaneni jurnalistlərə açıqlamasında bunu təsdiqləyib. 
 
“Bəli, əvvəlki kimi», - o deyib.
 
Nazir istisnaların həmçinin Liviya və Venesuelaya da aid olduğunu təsdiqləyib. 
 
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada keçirilən OPEC Nazirlər Şurasının iclasında qərara alınmış neft hasilatının azaldılmasına dair razılaşmanın müddəti 9 ay uzadılıb.
 
“OPEK+” üzrə növbəti görüş bu ilin dekabrın 5-də Vyana keçiriləcək.