Şərqi Azərbaycanda daha bir zəlzələ

16:00 10-11-2019 532

İranın Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.

Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzinə görə, zəlzələ yerli vaxtla saat 05:43-də yerin 8 km dərinliyində baş verib.

Qeyd edək ki, bu günlərdə, noyabrın 8-də də eyni ərazidə 5,9 bal gücündə zəlzələ olmuşdu. Bu zəlzələdə ən azı 6 nəfər vəfat etmiş, 300 nəfər xəsarət almışdı.