Goranboyda iki maşın toqquşdu, beş nəfər yaralandı - FOTO

18:20 10-11-2019 347

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral avtomobil yolunun Dəliməmmədli şəhəri istiqamətindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata əsasən, 99 FA 111 dövlət nömrə nişanlı “Hundai Santafe” markalı avtomobil hərəkətdə olarkən qarşı tərəfdən gələn 99 BA 861 dövlət nömrə nişanlı “VAZ 21 011” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində “VAZ 21 011” markalı avtomobildə olan 3 sərnişin ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Hadisə zamanı daha iki nəfərin də xəsarət aldığı deyilir. 

İlkin məlumata görə qəzaya “VAZ 21 011” markalı avtomobilin qəfildən “Hundai” markalı maşının qarşısına çıxması səbəb olub.