Qadınlar üçün qızdırılan alt paltarları satışa çıxıb

20:20 10-11-2019 413

“Amazon” alış-veriş saytında qadınlar üçün yeni alt paltarları satışa çıxarılıb. 

“The Sun” xəbər verir ki, bu paltarların əsas özəlliyi qızdırıla bilməsidir. 

Alt paltarlarının qızdırılması üçün batareyalardan istifadə olunur və beş rejimdə ayarlamaq mümkündür. 

Batareyaların işləmə müddəti isə 12 saata qədərdi. Geyimlər gündəlik istifadə üçün nəzərdə tutulub. 

Bildirilib ki, belə paltarlar soyuqdəymə və iltihab əleyhinə yaxşı vasitədir.