İran AES-in yeni enerji blokunun tikintisinə başladı – Rusiya uranı işə salınacaq

06:40 11-11-2019 407

Tehran bazar günü, noyabrın 10-da İranın cənub-qərbində Buşərdə Atom Elektrik Stansiyasının (AES) ikinci enerji blokunun tikintisinə başlayıb.

Bu barədə vitse-prezident, İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

İslam Respublikası bu obyekti dünya “nəhənglər”i ilə nüvə sövdələşməsində təsbit edilmiş uranın zənginləşdirilməsinin səviyyəsini artırmaq üçün səbəblərindən biri adlandırıb.

“Öhdəlikləri pozmağa başlayan biz deyilik”, - Salehi qeyd edərək bildirib ki, "birtərəfli yol xəritəsi qismində" birgə əhatəli fəaliyyət planına əməl edə bilməməsinə görə məsuliyyət ABŞ-ın üzərindədir.

Yeni blokun gücü 1000 MVt təşkil edəcək, onun tikintisi 2025-ci ilə qədər başa çatdırılmalıdır.

Buşərdəki AES üçün Rusiyada istehsal olunan uran istifadə olunur. Bu proses Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarəti altındadır.