18 maşın toqquşdu, 29 nəfər yaralandı - VİDEO

10:40 11-11-2019 441

Almaniyanın cənub-qərbində 18 maşının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib

Məlumata görə, qəza nəticəsində 29 nəfər xəsarət alıb. 

Hadisə Bavariya vilayətinin Aşağı Frankoniya rayonunda baş verib. 

Duman səbəbindən meydana gələn qəzanın iştirakçıları arasında iki polis maşını da var.