Viktoriya Bekhemin qucağında oturdu, cərimələndi - FOTO/VİDEO

09:36 02-07-2019 688

44 yaşlı veteran futbolçu Devid Bekhem və həyat yoldaşı, 45 yaşlı “dəb ikonası” Viktoriya Bekhem yol hərəkəti qaydalarını pozublar.

The Sun” xəbər verir ki, Londonda keçirilən musiqi festivalından qayıdan cütlüyün yanında dostları da olub. Bu vaxt “Range Rover” markalı avtomobilin arxa oturacaqlarında dörd nəfər əyləşib. Qanuna görə isə arxa tərəfdə üçdən artıq şəxsin oturması yasaqdır.

Buna görə də Viktoriya Devidin qucağında oturaraq başını əymək məcburiyyətində qalıb ki, polislər tərəfindən cərimələnməsin. Amma onun bu hərəkəti cəzasız qalmayıb. Görüntülər kamera tərəfindən qeydə alınıb və Viktoriya 100 funt-sterlinq cərimə olunub.

Qeyd edək ki, D.Bekhem tez-tez yol hərəkəti qaydalarını pozduğuna görə cərimələnir, hətta məhkəməyə verilir. Bir neçə həftə öncə Bekhemin avtomobil idarə edərkən telefonla oynaması ona baha başa gəlib. Hakim Devidin altı ay müddətinə avtomobili idarəetmə hüququndan məhrum edilməsi haqqında qərar qəbul edib. Üstəlik, ona 750 funt-sterlinq (təxminən 1700 manat - red.) dəyərində pul cəzası kəsib. 

Rəşad Əliyev