Quba sakininin qazdığı quyuya öz inəyi düşdü - FOTO/VİDEO

23:20 11-11-2019 808

Qubada 12 metr dərinlikdə quyuya inək düşüb. 

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Hacıağalar kəndində baş verib. 

Belə ki, kənd sakini Osmanova Zeynəb Süleyman qızının həyətində qazdırdığı 12 metirlik dərliyində su quyusuna öz inəyi düşüb.  

FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.  

Təhlükəsizlik qaydalarına riayət edilməklə boş su quyusundan iribuynuzlu heyvanı sağ çıxararaq sahibinə təhvil veriblər.