Taksidən düşürdülər, maşın vurub xəstəxanalıq etdi

01:00 12-11-2019 418

Sabunçu rayonunda iki nfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, Hava Limanı istiqamətindəki yolda qeydə alınıb.  

Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Elxan Əmirxan oğlu və 1996-cı il təvəllüdlü Həsənov Tural Qalib oğlu taksidən düşən zaman arxadan gələn minik avtomobili onları vurub.  

Yaralılar xəstəxanaya çatdırılıb.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu