Bakıda avtomobil 37 yaşlı kişini vurdu, vəziyyəti ağırdır

05:00 12-11-2019 388

Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı piyada ağır xəsarət alıb.

HerGun.Az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində baş verib.

Belə ki, minik avtomobili yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Gəldiyev Rüfət Zərbəli olunu vurub.

Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Kamil Əmirli, Elşad Mətləboğlu