Məşhur repçini boğazından güllələdilər - VİDEO

18:00 12-11-2019 599

Amerikalı repçi Lil Reese (əsl adı Tavares Taylor) güllə yarası ilə ağır vəziyyətdə Çikaqoda xəstəxanaya yerləşdirilib.

Bu barədə “ABC News” məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hadisə 26 yaşlı Tavaresin avtomobili küçələrin kəsişmədə dayandığı zaman baş verib.

Naməlum bir şəxs maşından düşub, əlinə silah alıb, birbaşa Tayloru vurub. Repçini boyun nayihəsindən ağır yaralayan şəxs cinayət törətdiyi yerdən qaçaraq, iz itirməyə çalışıb.

Polis gələn zaman xoşagəlməz hadisənin şahidlərindən biri repçini xəstəxanaya aparıb. Daha sonra Tavares daha böyük tibb mərkəzinə köçürülüb. Onun vəziyyətinin hələ də ağır olduğu bildirilir. Cinayəti törədən şəxs hələ tapılmayıb.

Hazırda istintaq işləri davam etdirilir.

Rəşad Əliyev