Bakıda ağacı kəsib, üstünü asfaltladılar

21:40 12-11-2019 368

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Nəsimi rayonu, K.Səfərəliyeva küçəsi 23 ünvanında ağac kəsilməsi ilə bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda bir ağacın kəsilərək üstünün asfaltla örtüldüyü aşkar edilib. Bunu jurnalistlərə açıqlamasında  ETSN-nin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova bildirib.

Araşdırma zamanı ağacın yol təmir-tikinti idarəsi tərəfindən asfaltlama işləri aparılan zaman kəsildiyi məlum olub.

Faktla bağlı protokol tərtib edilib. İdarənin hüquqi şəxs qismində cərimə edilməsi və barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Nəsimi rayon məhkəməsinə göndəriləcək.