Sərdar Ortaç qumarda sərvət uduzdu

10:00 13-11-2019 564

Türkiyənin məşhur müğənnisi və bəstəkarı Sərdar Ortaç qumarda böyük məbləğdə pul uduzub.

Sərdarın keçən ay konsert verdiyi hotelin kazinosunda qumar oynadığı və 120 min dollar (204 min manat) uduzduğu iddia edilir. O, borcunu həmin hoteldə verəcəyi dörd konsertdən alacağı pulla ödəyəcək.

İllərdir qumar həvəskarı olan müğənninin həyat yoldaşından boşanmasından sonra belə addım atdığı bildirilir. Hazırda Sərdarın maddi vəziyyəti yaxşı deyil.

Qeyd edək ki, Sərdar Ortaç bundan əvvəl də qumar borclarını ödədiyi üçün əlində yalnız bir evinin qaldığını açıqlamışdı.

Sevinc Yasinqızı