Ağcabədidə toyda oynamaq üstündə dava düşdü

14:40 13-11-2019 566

Ağcabədi rayonunda qohumlar toyda dava salıb.

HerGun.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayon mərkəzində yerləşən “Planet” şadlıq sarayında rəqs etmək üstündə dava düşüb. 

İki yaxın qohum arasında düşən mübahisə zamanı hadisə yerinə rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Polisin müdaxiləsindən sonra ara sakitləşib. Hər iki şəxs polis şöbəsinə çağırılıb. 

Faktla bağlı araşdırma aparılır.