21 yaşlı motosikletçi qəza törədib reanimasiyalıq oldu

01:40 14-11-2019 394

Nəsimi rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, hadisə Üzeyir Hacıbyov küçəsində qeydə alınıb.  

Belə ki, 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məmmədəli oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək qəza törədib.  

Nəticədə C.Hüseynov xəsarət alaraq xəstəxanaya çatdırılıb. Budun sınmış yarası diaqnozu qoyulan yaralı reanimasiya şöbəsinə yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu