Bakıda iki ayrı qəzada, iki nəfər xəsarət aldı

02:00 14-11-2019 791

Paytaxtın iki rayonundakı qəzalarda iki nəfər xəsarət alıb.  

HerGun.Az xəbər verir ki, qəzalardan biri Sabunçu rayonunda, Zabrat qəsəbəsində baş verib.  

Qəsəbə ərazisində iki minik avtomobilinin toqquşması nəticəsində 1989-cu il təvəllüdlü Əliyev Pərviz Zakir oğlu xəsarət alıb.  

Yaralı xəstəxanaya çatdırılıb. Ona dizin və başın təpə nahiyəsinin əzilmiş yarası diaqnozu qoyulub.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. 

Suraxanı rayonunda da iki avtomobilin toqquşması zamanı bir nəfər xəsarət alıb.  

Hadisə Aeroport yolunda baş verib. İki minik avtomobilinin toqquşması zamanı 1983-cü il təvəllüdlü Məmmədov Yaşar Rafiq oğlu xəsarət alıb.  

Yaralı xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.