Başı telefona qarışan sürücü ağır qəzaya səbəb oldu - ANBAAN VİDEO

15:40 14-11-2019 456

Bakıda baş vermiş dəhşətli qəza anı kameraya düşüb. 

Avtosfer.az xəbər verir ki, hadisə aeroport şosesində qeydə alınıb. 

Yüksək sürətlə hərəkətdə olan taksi sürücüsü qəfil qarşıda gedən avtobusa arxadan çırpılıb. Ardınca idarəetməni itirərək sağ, daha sonra sol tərəfdəki dəmir arakəsmələrə dəyib və dayanıb.

Hadisə nəticəsində taksi sürücüsü xəsarət alıb. Qəzaya sürücünün mobil telefona başı qarışması səbəb olub.