Salyanda piyada yol qəzasında öldü

19:20 14-11-2019 410

Salyanda 1 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Salyan-Neftçala avtomobil yolunun rayonun Kürqaraqaşlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Kürqaraqaşlı kənd sakini Babayeva Həqiqət Şahbaz qızı yolla gedən zaman onu avtomobili vurub.

Ağır bədən xəsarətləri alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.