Jalüzdən istifadə edən sürücülərin nəzərinə: Bu halda cərimələnəcəksiniz!

12:20 15-11-2019 362

Noyabrın 16-dan avtomobildə jalüz və pərdələrə icazə başa çatır.

HerGun.Az-ın məlumatına görə, isti hava şəraiti nəzərə alınaraq, avtomobillərdə yalnız standart pərdə və jalüzlərin istifadəsinə mayın 1-dən noyabrın 15-ə qədər icazə verilir.

Noyabr ayının 16-dan isə bu müddət başa çatır.

Qeyd edək ki, noyabr ayının 15-dən sonra sürücülər jalüz və “ştorka”ların yığışdırılmaması halına görə 150 manat cərimə nəzərdə tutulub.

İlhamə Əbülfət