Devid Bekhem uşaqlarını götürüb arvadını tərk etdi - FOTO

16:00 15-11-2019 540

Futbolçu Devid Bekhem övladlarını da götürərək həyat yoldaşı Viktoriyanın yanından köçüb

Futbolçu Los-Ancelesdə yerləşən Beverli-Xillz şəhərində təmtəraqlı ev kirələyib. Şüşə divarlı, üfüq effektli hovuzu, altı yataq otaqlı iqamətgahın aylıq kirayə haqqı 25 min dollara başa gəlir. 

Bir sıra kütləvi informasiya vasitələrinin ehtimallarına əsasən, Bekhemin ailəsində münaqişələr olur.

Bu iddialara cavabında məşhur futbolçu bildirib ki, o və uşaqları Viktoriyanı müxtəlif qayğılardan azad etmək üçün müvəqqəti evi tərk ediblər.