Hacı Zeynalabdin Tağıyevin ev muzeyi Heydər Əliyev Fondu tərəfindən təmir olunur - FOTO/VİDEO

20:40 15-11-2019 479

Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunur.  

1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.  

İş icraçısı Ədilxan Vəliyevin sözlərinə görə, bu ilin avqust ayında başlanan işlərin 2020-ci ilin birinci yarısında tamamlanması gözlənilir.  

Bununla da bina heç bir dəyişiklik olmadan əvvəlki görünüşünə qaytarılacaq.  

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.