Neftçalada motosikletini minik maşınına vuran şəxs xəstəxanalıq oldu

01:00 16-11-2019 507

Neftçalada minik avtomobili ilə motosiklet toqquşub.  

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə şəhər mərkəzində baş verib.  

Rayon sakini, 1981-ci il təvəllüdlü Əsədov Taleh Hacıbaba oğlunun idarə etdiyi motosiklet minik avtomobili ilə toqquşub.  

Qəza nəticəsində ağır kəllə-beyin travması alan motosikletin sürücüsü Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.  

İlk tibbi yardım göstərildikdən sonra yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.  

Faktla bağlı araşdırma aparılır.