Zabratda qonşular arasındakı dava bıçaqlanma ilə bitdi

02:00 16-11-2019 649

Sabunçu rayonunda mübahisə zəmnində bıçaqlanma hadisəsi baş verib.  

HerGun.Az xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.  

İstixana kombinatı yaşayış massivində 1976-cı il təvəllüdlü Hacıyev Rafiq Eminəli oğlu qonşusu, 1979-cu il təvəllüdlü Ədilov Elnur Behbud oğlu ilə mübahisə edib.  

Əlbəyaxa davaya çevrilən mübahisə zamanı E.Ədilov R.Hacıyev döyərək xəsarət yetirib.  

Daha sonra R.Hacıyev E.Ədilova bıçaqla xəsarət yetirib. Dava zamanı hər iki şəxs xəsarət alıb.  

Yaralılar xəstəxanaya yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli  

Elşad Mətləboğlu