Rembrandtın şəklini oğurlamaq cəhdi boşa çıxdı

06:00 16-11-2019 508

Naməlum şəxslər Londondakı Daliya rəsm qalereyasından Rembrandtın iki şəklini oğurlamağa çalışıblar.

Bu barədə “Evening Standart” məlumat verir.

Bildirilir ki, qalereyada noyabrın 13-də yerli vaxtla saat 23:30-da siqnalizasiya işə düşüb, polis əməkdaşları dərhal hadisə yerinə gəliblər. Onlardan biri cinayətkarın arxasınca qaçsa da, o, zabitin üzünə naməlum maddə töküb. Onları tutmaq mümkün olmayıb.

Hər iki şəkil qalereyanın müxtəlif yerlərində tapılıb. Hazırda qalereya bağlanıb və polisin lazımi istintaqı apara bilməsi üçün mühafizə altındadır.

Oktyabrda açılan “Rembrandtın işığı” adlı sərgidə holland rəssamın 35 əsəri nümayiş etdirilir.

Qeyd edək ki, XVII əsr rəssamı  Rembrandt Harmens van Reynin əsərləri milyon dollar məbləğində dəyərləndirilir.