Şirniyyatın yeni təhlükəsi üzə çıxdı

07:20 16-11-2019 654

Kanadanın Alberta Universitetinin alimləri müəyyən ediblər ki, şəkərdən çox miqdarda istifadə qısa müddətdə bağırsağın iltihablı xəstəliklərinə səbəb olur.

Bu barədə “MedicalXpress” tərəfindən yayılmış məlumatda deyilir.

Siçanlar üzərində aparılan təcrübələr zamanı məlum olub ki, yüksək şəkərli pəhriz cəmi iki gün ərzində heyvanlarda kolitə səbəb olan kimyəvi maddələrə həssaslığın güclənməsinə gətirib çıxarır.

Tərkibində yüksək miqdarda şəkər və az miqdarda sellüloza olan məhsulların istifadəsi şərti patogen bakteriyaların çoxalmasına gətirib çıxarır ki, bu da iltihaba və immunitetin zəifləməsinə səbəb olur.

Siçanlarda bağırsaqların zədələnməsini rasiona faydalı mikrofloranın hasil etdiyi qısa zəncirli yağ turşularının əlavə edilməsi ilə azaltmaq olub. Həzm orqanlarının işini yaxşılaşdırmaq üçün mütəxəssislər sellülozalı məhsullar yemək məsləhət görürlər.