İsrail Qəzza zolağını bombaladı

12:40 16-11-2019 874

İsrail ordusu HƏMAS hərəkatının mövqelərinə hava zərbələri endirib. 

Bu barədə İsrail hərbi güvvələrinin rəsmi “Twitter” səhifəsində məlumat verilib. 

Daha öncə verilən xəbərdə Qəzza sektorundan İsrailin cənubunda yerləşən Ber-Şeva şəhərinə iki raketin atıldığı haqda məlumat verilmişdi.

Hər iki hücum “Dəmir günbəz” adlandırılan raketdən müdafiə sistemi tərəfindən zərərsizləşdirilmişdi.