Satıcı ilə polis arasındakı davada kimsəsiz uşaqlar “qazandı” - FOTO

21:00 16-11-2019 587

Türkiyənin Bursa şəhərində küçə satıcıları ilə polis arasında dava düşüb.

Səbəb polisin onların molyusk (midye) satmasına mane törətməsi olub.

Dava səbəbindən molyusklar yerə dağılıb.

Bu zaman küçədə olan kimsəsiz uşaqlar molyuskları yerdən yığıb yeməyə başlayıblar.

Hadisə yerinə gələn digər polislər hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum edənləri tutub, uşaqları isə hadisə yerindən uzaqlaşdırıblar.