Tramp qoşunları Əfqanıstandan çıxarır

15:27 02-07-2019 639

Birləşmiş Ştatların Prezidenti Donald Tramp ABŞ qoşunlarını Əfqanıstandan çıxarmağı planlaşdırır, lakin orada yalnız kəşfiyyatı saxlamağa hazırlaşır.

Bu barədə D.Tramp “Fox News”a müsahibəsində deyib.

“Mən orada çox güclü kəşfiyyatı saxlayardım. Əfqanıstandan çıxmaq istərdim, lakin bu ölkədə gizlənməyin mümkün olduğu çoxlu yaxşı yerlər var”, - o bildirib.

Xatırladaq ki, D.Tramp hələ 2013-cü ildə prezident olmamışdan əvvəl qoşunların Əfqanıstandan çıxarılmalı olduğunu bildirmişdi.

Bu ilin dekabrında Prezident Administrasiyası hərbçiləri Əfqanıstandan geri çağırmağa hazırlaşırdı, lakin respublikaçılar bu təklifin əleyhinə çıxış etdilər.