Şumaxerin xəsarət alıb komaya düşdüyü qəzadan beş il ötür - Hazırda vəziyyəti necədir?

22:20 16-11-2019 463

“Formula 1”-in dünyaca məşhur sürücüsü Mixail Şumaxerin Alp dağlarında yerləşən xizək kurortunda başından ciddi xəsarət aldığı qəzanın baş verdiyi gündən beş il ötür. 

Bütün bu müddət ərzində çempionun ailəsi mətbuatla əlaqə yaratmadı və sağlamlıq durumu barədə məlumatları gizli saxladı. Mediada onun haqqında yeni məlumatlar çox nadir hallarda ortaya çıxdı.  Bir neçə gün öncə “Mercedes 'She Magazin” Mixailin həyat yoldaşı, 50 yaşlı Korinna Şumaxerdən ərinin hazırkı səhhəti ilə bağlı şərh ala bilib.

Məşhurun ​​həyat yoldaşının sözlərinə görə, Mixail özü haqqında məlumatı gizli saxlamaq istəyir. Həkimlərdən əlavə, ən yaxın insanları onun yanındadır: o, 22 yaşlı qızı Cina-Mari və 22 yaşlı oğlu Mik.

Korinna nəşrə deyib ki, əri yaxşı və etibarlı əllərdədir:

“İndi ona kömək etmək üçün əlimizdən gələni edirik. Buna əmin ola bilərsiniz. Mixailin səhhəti ilə bağlı məxfiliyi qorumaq istəyini başa düşməyə çalışın. Əminəm ki, o da mənim üçün eyni şeyi edərdi. Həmişə kimə minnətdar olduğumu xatırlayacağam”.

Şumaxerə artan diqqətin səbəbi bir neçə gün öncə onun meneceri Uilli Ueber tərəfindən verilmiş cəmiyyət tərəfindən heyrət doğuran açıqlamalar olub. Onun iddialarına görə, Mixailin arvadı Şumaxerin sağlamlığı ilə bağlı mediaya yalan informasiyalar ötürür. Onun hazırkı vəziyyəti heç də söylədiyi kimi yaxşı deyil: 

“Bilirəm ki, Mixail çox pis xəsarət almışdı, amma təəssüf ki, indi özünü necə hiss etdiyi və necə sağaldığı barədə məlumatım yoxdur.  Bu barədə bilmək istərdim. Əlini sıxmaq, yanında olmaq istəyirəm, amma Korinna bütün bunları rədd edir. O, yəqin ki, nəyin baş verdiyini dərhal anlayacağımdan və həqiqəti mediaya açıq şəkildə danışacağımdan qorxur”.

Rəşad Əliyev