Murad və Elzadan Əhmədin ittihamlarına - REAKSİYA

15:36 02-07-2019 620

Bəstəkar-müğənni Murad Arif gənc müğənni Əhməd Mustafayevin ittihamlarına cavab verib.

Bundan əvvəl xəbər verdiyimiz kimi, Ə.Mustafayev “ATV Maqazin 10-larla” verilişində Əməkdar artist Elza Seyidcahan və bəstəkar-müğənni M.Arifi bəstəkar olmamaqda qınayıb.

HerGun.Az-a açıqlama verən M.Arif ittihamları “mənasız” adlandırıb:

“Əhmədə görə çox üzüldüm, məyus oldum. Onun mənasız açıqlamalarını şərhsiz buraxıram”.

Ə.Mustafayevin onu bəstəkar olmamaqda ittiham etdiyini eşidən Elza isə “Mən tədbirdəyəm, sualınıza cavab verə bilmirəm. Sağ olun” deməklə kifayətlənib.

Rəşad Əliyev