Tramp tibbi müayinədən keçir – İndidən seçkilərə hazırlaşır

02:40 17-11-2019 377

ABŞ lideri Donald Tramp 2020-ci ildə prezident seçkiləri zamanı vaxtını səmərəli sərf etmək üçün indidən tibbi müayinədən keçməyə başlayıb.

Bu barədə Ağ Evin sözçüsü Stefani Qrişem jurnalistlərə bildirib.

“Prezident 2020-ci ildə qrafikinin çox sıx olacağını qabaqcadan hiss edərək, Vaşinqtonda  boş həftəsonundan istifadə edib, Volter Rid adına hospitalda fiziki sağlamlığın planlı illik tibbi müayinəsindən qismən keçməyə başlayıb”, - deyə o qeyd edib.

Sonuncu dəfə həkimlər Amerika liderini bu ilin fevral ayında müayinə ediblər və onun səhhətində problem olmadığını müəyyən ediblər.